Əfqanıstanda meymunçiçəyi virusuna iki yoluxma halı qeydə alınıb.
Manset.az xəbər verir ki, virusa yoluxma halları Nimruz vilayətində qeydə alınıb.
Meymunçiçəyinə yoluxanların hər ikisi İrandan qayıdan əfqan qaçqınlardır.
Həkimlər qeyd ediblər ki, simptomlara qızdırma, baş ağrısı, bel ağrısı, şişlik və səpkilər daxildir.