İndi də çiyələkdən xəstəlik yayılmağa başladı

11:42 - 30 May 2022

İndi də çiyələkdən xəstəlik yayılmağa başladı

ABŞ-də çiyələkdən keçdiyi düşünülən bir xəstəlik yayılmağa başlayıb. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bəzi  marketlər şəbəkəsində satılan çiyələklərdən keçdiyi iddia edilən virus “hepatit A” xəstəliyinə səbəb olur. 
İndiyədək 17 xəstəliyə yoluxma faktının olduğu bildirilib.

ABŞ Qida və Dərman İdarəsi (FDA), Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, Kanada İctimai Səhiyyə və Kanada Qida Müfəttişliyi Agentliyi dövlət və yerli tərəfdaşlarla birlikdə orqanik çiyələklərlə potensial olaraq əlaqəli Hepatit A epidemiyasını araşdırır. 

FDA, Kaliforniya, Minnesota və Kanadada bildirilən Hepatit A hallarının orqanik çiyələk markalarını alanlara aid olduğunu bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az