Məşhur yazıçı 109 yaşında vəfat etdi

12:27 - 30 May 2022

Məşhur yazıçı 109 yaşında vəfat etdi

Məşhur yazıçı Boris Pahor Triestdə 109 yaşında vəfat edib.

 

Manset.az xəbər verir ki, Pahor İtaliyadakı sloven azlığının nümayəndəsidir. O, 1913-cü il avqustun 26-da o zaman Avstriya-Macarıstana məxsus olan Triestdə anadan olub. 1940-cı ildə İtaliya ordusuna çağırılıb və Liviyaya döyüşə göndərilib. O, yalnız 1943-cü ildə doğma şəhərinə qayıdıb, orada partizan Yuqoslaviya ordusuna qoşulub, lakin 1944-cü ildə həbs edilib. 

Pahorun ən məşhur romanı həbs düşərgəsindəki həyatdan bəhs edən “Nekropol”dur. Kitab bir neçə dilə tərcümə olunub.

Yazıçı bir çox müxtəlif mükafatlara layiq görülüb, ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az