Braziliyada leysan qurbanlarının sayı 84 nəfərə çatdı - VİDEO

12:47 - 30 May 2022

Braziliyada leysan qurbanlarının sayı 84 nəfərə çatdı  - VİDEO

Braziliyanın şimal-şərqində yerləşən Pernambuko ştatında güclü yağışlar nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

 

Manset.az xəbər verir ki, yuxarıda adı çəkilən ştatda leysan xarakterli yağış bir neçə gündür ki, dayanmadan yağmağa davam edir.

Yerli meteorologiya xidmətinin məlumatına görə, təkcə ötən gün Pernambuko ştatına 150 mm-ə qədər yağıntı düşüb ki, bu da daşqın və sürüşmələrə səbəb olub.

Hazırda ştatın ərazisində fövqəladə vəziyyət elan edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az