Hindistanın Bihar əyalətinin kəndlərindən birində doğulan və "hörümçək körpə" adlandırılan qız görənləri heyrətə gətirir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həkimlər qarşılaşdıqları vəziyyət qarşısında aciz qalıblar.
Körpə sağlam doğulub, lakin onun iki qolu və 6 ayağı olub.
İki qol və 6 ayaqla dünyaya gələn körpənin müalicəsi üçün pul lazımdır.
Hazırda ailə üzvləri və xəstəxana rəsmiləri kampaniya hesabına dəstək toplayır.
Adekvat dəstək gəldikdən sonra körpə əməliyyata alınacaq.

