Fevralın 24-dən bəri saysız-hesabsız komandirlərini itirən ruslar bu dəfə ən yaxşı paraşütçü komandirlərini itirdilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vladimir Putinin müharibəsinə növbəti zərbəni vuran “ən yaxşı paraşüt-desant komandiri” ilə birlikdə Ukraynada daha iki rus polkovniki öldürülüb.
34 yaşlı polkovnik-leytenant Aleksandr Fileqayev 104-cü desant alayının desant-hücum batalyonunun komandiri olub.
Desant polkovnik-leytenantı Rusiya ordusunun ən gənc və ən uğurlu zabitlərindən biri idi.
