İrəvanda 100-dən çox aksiya iştirakçısı SAXLANILDI

18:01 - 30 May 2022

İrəvanda 100-dən çox aksiya iştirakçısı SAXLANILDI

Ermənistan polisi İrəvanda hökumət binası yaxınlığında aksiya keçirən 111 nəfəri saxlayıb.

Manşet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Onlara qarşı İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsi (xuliqanlıq törətməkdə şübhəli bilinmə) tətbiq edilib.

Saxlanılanlar arasında Ermənistanın sabiq prezidentinin oğlu Levon Köçəryan da var.

Etirazçılarla polis arasında toqquşma İrəvandakı 3 saylı hökumət binası qarşısında baş verib. İzdihama başçılıq edən müxalifət deputatları nazirlərlə görüşmək üçün binaya daxil olmağa çalışıblar. Polis onları içəri buraxmayıb, 5 nəfər saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az