Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 91 nəfərə çatıb.
Manşet.az xəbər verir ki, bu barədə “Globo” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.
Təbii hadisə zamanı daha 26 nəfərin itkin düşdüyü bildirilir. Həmçinin 5 minə yaxın insanın evsiz qalıb. Xilasedicilər itkin düşənləri axtarır və xəsarət alanlara köməklik göstərirlər.
Daha əvvəl 84 nəfərin öldüyü bildirilirdi.