Ukraynadakı müharibənin gizli qəhrəmanları - Rus ordusuna belə qarşı çıxırlar

17:27 - 31 May 2022

Ukraynadakı müharibənin gizli qəhrəmanları - Rus ordusuna belə qarşı çıxırlar

2014-cü ildə Krımı ruslara itirən Ukrayna ordusu aylardır rus qoşunlarına qarşı böyük müqavimət göstərir.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müharibədə əsas rol oynayan “təxribat dəstələri” Rusiya ordusuna ciddi itkilər verdirir.

Britaniyanın “Daily Mail” qəzeti “Putinin döyüş maşınına sabotaj edən müqavimət qəhrəmanları” başlıqlı xəbərində müharibənin gizli qəhrəmanları kimi tanınan əsgərlərə yer verib.

Qəzetin müxbiri İan Birrelin yazır ki, təxribatçılar rus zabit və əsgərləri ilə yanaşı, onların həmkarlarını da hədəfə alırlar.

Dinlənilən telefon danışıqlarından məlum olur ki, bölgədəki rus qoşunları təxribat qruplarının davamlı hücumlarından şikayətlənir.

Bəzi bölmələr cəbhə xəttinin arxasına sızaraq qatarları partladıb Rusiya ordusunun təchizat xətlərini pozur.

Bu qoşunlar onlardan silah oğurlayaraq da rus ordusuna ziyan vururlar. 

Ukrayna sıralarında rus qoşunlarından qalan hərbi texnikanı təmir edib Ukrayna ordusunun istifadəsinə verərək kömək edənlər də var.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az