Ukrayna Ali Radası Ombudsman Lyudmila Denisovanı vəzifəsindən uzaqlaşdırıb.
Manşet.az xəbər verir ki, bu qərara Ukraynanın 234 deputatı səs verib.
“Ukrayna Prezident Aparatı adından onun mayın 31-də vəzifəsindən azad edilməsi üçün imzaların toplanmasına başlanılıb”, - Denisova bildirib.
Ombudsmanın sözlərinə görə, onun işdən çıxarılması üçün Ukrayna Konstitusiyasına zidd olan mexanizmdən istifadə olunacaq.
2022-ci il aprelin 27-də keçmiş uşaq ombudsmanı Mikola Kuleba Denisovanı Xersonda 58 uşağın harada gizləndiyi barədə məlumatı işğalçılara verməkdə ittiham edib və guya bundan sonra işğalçılar onları Krıma aparıblar.
Qeyd edək ki, Denisova bu vəzifəni 2018-ci il martın 15-dən icra edirdi.