İtaliya Baş nazirindən Ukrayna ilə bağlı sensassion AÇIQLAMA

20:03 - 31 May 2022

İtaliya Baş nazirindən Ukrayna ilə bağlı sensassion AÇIQLAMA

Avropa Birliyinə üzv ölkələrin əksəriyyəti Ukraynaya birliyə üzv olmaq üçün namizəd statusunun verilməsinə qarşıdır.

Manşet.az ölkə.az-a istinadən xəbər verir ki, bunu İtaliyanın baş naziri Mario Draqi bildirib.

"Aİ-nin Ukrayna üçün namizəd statusuna İttifaqın demək olar ki, bütün əsas dövlətləri etiraz edir, deyərdim ki, İtaliya istisna olmaqla, onların hamısı", - Draghi bildirib və Ukraynaya belə bir statusun verilməsinin çətin olduğunu qeyd edib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev tezliklə bloka üzv olmağı gözləmir, lakin Aİ-də “zəmanətli yer” istəyir. Bu arada Fransa prezidenti Emmanuel Makron qeyd edib ki, Ukraynanın bloka daxil olması illər çəkə bilər. Aİ-nin Kiyevin üzvlüklə bağlı rəyini iyunda verəcəyi gözlənilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az