İspaniyada 132 nəfər meymunçiçəyinə YOLUXDU

20:41 - 31 May 2022

İspaniyada 132 nəfər meymunçiçəyinə YOLUXDU

İspaniya səlahiyyətliləri krallıqda azı 132 nəfərin meymunçiçəyinə yoluxduğunu təsdiqləyib.

Manşet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“III Karlos Sağlamlıq İnstitutu 132 müsbət ortopoksvirus hadisəsini təsdiqləyib, onlar meymunçiçəyi ilə bağlı təsdiqlənmiş hallar kimi tanınır”, - qurumdan bildirilib. Bundan əvvəl səlahiyyətlilər 120 hadisə barədə məlumat vermişdi.

“Publico” qəzetinin yazdığına görə, Portuqaliyada 100 yoluxma halı qeydə alınıb ki, bu da bazar ertəsi elan edilən rəqəmdən 4 vahid çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən Afrikanın mərkəzi və qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə rast gəlinir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az