“Bu, inqilab olacaq” - Selçuk Bayraktar hədəfini açıqladı

22:08 - 31 May 2022

“Bu, inqilab olacaq” - Selçuk Bayraktar hədəfini açıqladı

“Hədəfimiz uçan taksi dronlardır. Bu, şəhər nəqliyyatında inqilab olacaq”.

Manşet.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “Reuters”ə müsahibəsində deyib.

“Bayraktar TB2” üzərinə düşəni edir. Ən qabaqcıl zenit sistemlərini, inkişaf etmiş artilleriya sistemlərini və zirehli maşınları məhv edir. Buna görə də bütün dünya müştərimizə çevrildi”, - o qeyd edib.

S.Bayraktar bildirib ki, “Qızılalma” pilotsuz döyüş təyyarəsinin ilk uçuşu gələn ilə planlaşdırılıb, TB3-ün isə yaxın zamanda uçuş sınaqlarına başlanacaq:

“Uzunmüddətli hədəfimiz uçan taksi dronlardır. Hazırda bunun üzərində işləyirik. Bunun üçün süni intellektə əsaslanan daha yüksək səviyyəli avtonom texnologiya inkişaf etdirməliyik. Bu, şəhər nəqliyyatında inqilab olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az