Rusiya Danimarkaya qaz tədarükünü dayandırır

23:56 - 31 May 2022

Rusiya Danimarkaya qaz tədarükünü dayandırır

İyunun 1-də “Qazprom Export” Danimarkanın aparıcı enerji şirkəti “Ørsted” və “Shell Energy Europe Limited”ə qazın tədarükünü dayandıracaq.

Manşet.az xəbər verir ki, qərar adıçəkilən şirkətlərin aprel ayında tədarük edilən qaza görə ödəniş etmədiklərinə, daha dəqiq desək, ödənişi rublla həyata keçirməkdən imtina etdiklərinə görə qəbul olunub.

Qeyd edək ki, hər iki şirkət Rusiyanın tələbinə əsasən qaza görə ödənişləri rublla həyata keçirmək niyyətində olmadıqlarını bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az