Türkiyə iyunun 1-dən etibarən bütün sərhəd məntəqələrindən ölkəyə daxil olmaq üçün tələb olunan PCR testlərini ləğv edir.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İyunun 1-dən ölkəyə bütün sərhəd məntəqələrindən daxil olmaq üçün girişdən maksimum 72 saat əvvəl götürülməli olan PCR testinin mənfi nəticəsi olan sənədlər tələb olunmayacaq", - deyə açıqlamada bildirilir.