Brüsseldə dördtərəfli görüş keçiriləcək

21:35 - 01 İyun 2022

Brüsseldə dördtərəfli görüş keçiriləcək

“Türkiyənin narahatlığını aradan qaldırmaq üçün Brüsseldə üç ölkənin səlahiyyətliləri ilə görüşəcəyik”.

Manşet.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı narahatlıqlarını həll etmək üçün Brüsseldə üç ölkənin rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

Stoltenberq bildirib ki, Türkiyə NATO-nun mühüm tərəfdaşıdır və bütün NATO üzvləri Türkiyənin narahatlığını, o cümlədən, PKK təhlükəsini müzakirə etmək üçün masaya oturmağa hazırdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az