Bayden Ukraynaya yeni hərbi dəstək paketini AÇIQLADI

22:09 - 01 İyun 2022

Bayden Ukraynaya yeni hərbi dəstək paketini AÇIQLADI

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb.

Manşet.az xəbər verir ki, bu barədə dövlət başçısının Ağ Ev tərəfindən yayılan yazılı bəyanatında deyilir.

"Bu gün mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edirəm. Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək vəziyyətdədir”, - ABŞ Prezidenti qeyd edib.

Baydenin sözlərinə görə, növbəti hərbi yardım paketinə qabaqcıl silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az