Medvedçuku 15 ilə qədər həbs gözləyir

20:51 - 02 İyun 2022

Medvedçuku 15 ilə qədər həbs gözləyir

Ukraynada dövlətə xəyanətdə ittiham olunan müxalif siyasətçi Viktor Medvedçuku 15 ilə qədər həbs cəzası gözləyir.

Manşet.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu xəbər verib.

“Təqsirləndirilən şəxsi əmlakı müsadirə olunmaqla və ya müsadirə olunmadan on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir”, – deyə büronun “Telegram” kanalında bildirilib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti aprel ayında “Müxalifət Platforması - Həyat Naminə” partiyasının siyasi şurasının rəhbəri Medvedçukun saxlandığını elan edib. O, aprelin 12-də Ukrayna Silahlı Qüvvələrinin geyimində ölkədən qaçmağa cəhd edərkən yaxalanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az