Bu ölkədə meymunçiçəyinə görə vəhşi heyvan ətinin satışı qadağan EDİLDİ

23:16 - 02 İyun 2022

Bu ölkədə meymunçiçəyinə görə vəhşi heyvan ətinin satışı qadağan EDİLDİ

Nigeriya meymunçiçəyinin yayılmasının qarşısını almaq üçün vəhşi heyvan ətinin satışını qadağan edib.

Manşet.az xəbər verir ki, Kənd Təsərrüfatı Naziri Məhəmməd Əbu Bəkr ölkədəki bütün vəhşi heyvan ovçularına və ticarətçilərinə işlərini dayandırmağı əmr edib.

Virusun vəhşi heyvan ətinin istehlakı ilə ötürüldüyünə dair heç bir sübut olmasa da, qərarın ehtiyat məqsədli olduğu bildirilir.

İndiyədək 21 yoluxmanın görüldüyü ölkədə virusdan ilk ölüm mayın sonunda qeydə alınıb.

Qeyd edək ki, ölkə daxilində siçanlar, antiloplar, çöl donuzları, ilanlar və şimpanzelər kimi heyvanların ətlərinin satıldığı bir çox bazar var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az