Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək - NATO

23:24 - 02 İyun 2022

Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək - NATO

Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O müharibədən sonra da Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacağını deyib.

O qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

“Müharibələr hər zaman gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq”,-deyə Stoltenberq deyib.

O bildirib ki, ukraynalılar döyüş meydanında ölkələrini qorumaq üçün can atır. Bütün bunlara baxmayaraq Rusiya da böyük itki verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az