Ermənistan müxalifəti paytaxt İrəvanda yenidən mitinq keçirir.
Manşet.az “TASS”a istinadən xəbər verir ki, mitinq “Fransa” meydanında başlayıb.
Xatırladaq ki, Ermənistan müxalifəti aprelin sonundan paytaxt və bölgələrdə Baş nazir Nikol Paşinyanın və cari hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirir.