Bu ölkədə koronavirusa qarşı 4-cü doza peyvəndi tövsiyə edildi

09:21 - 05 İyun 2022

Bu ölkədə koronavirusa qarşı 4-cü doza peyvəndi tövsiyə edildi

Braziliyada 50 yaşdan yuxarı insanlara, eləcə də yaşından asılı olmayaraq tibb işçilərinə koronavirus infeksiyasına qarşı dördüncü gücləndirici peyvənd tövsiyə edilib.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin tövsiyəsi azı dörd ay əvvəl peyvəndin üçüncü dozasını qəbul etmiş şəxslərə şamil edilir.

İndiyədək ölkədə 4,5 milyon insan koronavirusa qarşı dördüncü doza ilə peyvənd olunub.

Pandemiyanın başlanğıcından bugünədək ölkədə koronavirusa 31 milyondan çox yoluxma faktı təsdiqlənib, 667 minə yaxın insan dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az