Nazarbayev və Tokayev səs verdilər

12:14 - 05 İyun 2022

Nazarbayev və Tokayev səs verdilər

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendumda səs veriblər.

Manşet.az xəbər verir ki, Nazarbayevin mətbuat katibi Aidos Ukibay Tviterdə eks-prezidentin seçki qutusunun yanında çəkilmiş şəklini paylaşıb.

“Nursultan Nazarbayev ümumxalq referendumunda Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsinə səs verib”, - o yazıb.

Tokayev öz seçimini Nur-Sultan şəhərində, yeni Məktəblilər Sarayında yerləşən 59 saylı seçki məntəqəsində edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az