Rusiyalı müğənni 5 il müddətinə həbs oluna BİLƏR

14:26 - 05 İyun 2022

Rusiyalı müğənni 5 il müddətinə həbs oluna BİLƏR

Qonşusunun itinə hücum etməkdə ittiham olunan rusiyalı müğənni Lyubov Uspenskaya 5 müddətinə azadlıqdan məhrum edilə bilər.

Manşet.az xəbər verir ki, bu barədə "Beşinci kanal" məlumat yayıb.

Nəşrin məlumatına görə, yaralı itin sahibi Yuliya vəkil Aleksandr Dobrovinskiyə müraciət edərək, Uspenskaya ilə məsələni sülh yolu ilə həll etməyə çalışıb. O, ifaçının zərbələri səbəbindən gözü yaralanan iti üçün təzminat tələb edib. Lakin müğənni bunu qəbul etməyib.

Vəkilin sözlərinə görə, hazırki vəziyyətdə Uspenskayanı 3 ildən 5 il müddətinə qədər həbs oluna bilər.

Qeyd edək ki, hadisə mayın 30-da müğənni qızı ilə gəzintidə olarkən baş verib. Uspenskaya buldoqu həyati təhlükə hiss etdiyi üçün vurduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az