Ukraynada futbol çempionatları bərpa OLUNUR

16:13 - 05 İyun 2022

Ukraynada futbol çempionatları bərpa OLUNUR

Ukraynada avqustda futbol üzrə ölkə çempionatlarına başlanılması nəzərdə tutulur.

Manşet.az xəbər verir ki, bu barədə “Associated-Press” agentliyi Ukrayna Futbol Assosiasiyasının Prezidenti Andrey Pavelkoya istinadən məlumat yayıb.
Rusiyanın hücumu ilə əlaqədar fevralın 24-dən Ukraynada futbol oyunları dayandırılıb. Andrey Pavelko deyib ki, bununla bağlı Prezident Vladimir Zelenski ilə müzakirə aparıb. Onun sözlərinə görə, futbol güclü təsir vasitəsidir, insanlara gələcək barədə düşünməyə kömək edir: “Buna görə də Prezident Vladimir Zelenski ilə avqustda Ukraynada futbol çempionatının bərpa edilməsi barədə qərar qəbul etdik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az