İtaliyadan yeni müharibə ANONSU

16:33 - 05 İyun 2022

İtaliyadan yeni müharibə ANONSU

“Ukrayna limanlarından taxıl ixrac edilməsi baş tutmasa, Afrikada yeni müharibələr başlayacaq".

Manşet.az xəbər verir ki, bunu İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio deyib. Nazirin sözlərinə görə, bu gedişlə Afrikada yeni dövlət çevrilişləri olacaq və Avropaya miqrant axını baş verəcək.
"Elə ona görə də Ukrayna limanlarından dərhal taxıl ixrac etmək lazımdır. Əgər biz taxıl ixrac etməsək, Afrikada yeni müharibələr, yeni dövlət çevrilişi, terrorun yeni təzahürləri və Afrikadan Avropaya böyük miqrasiya axını olacaq. Biz buna icazə verə bilmərik”, - deyə İtaliya XİN başçısı xəbərdarlıq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az