Rusiya prezidenti Vladimir Putin Rusiya dövlət televiziyası “Rossiya 1”ə müsahibə verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin bildirib ki, Qərb Ukraynaya uzaqmənzilli raketlər verərsə, Moskva əvvəllər toxunulmamış hədəfləri vuracaq:
“Müvafiq nəticələr çıxarıb, silahlarımızdan əvvəllər vurmadığımız hədəfləri vurmaq üçün istifadə edəcəyik”.
O, bəyan edib ki, Kiyevə yeni silah tədarükü münaqişəni uzatmağa yönəlib.