Bu ölkə Rusiyanın bütün telekanallarının yayımını DAYANDIRDI

18:49 - 06 İyun 2022

Bu ölkə Rusiyanın bütün telekanallarının yayımını DAYANDIRDI

Latviyada Elektron Media üzrə Milli Şura (NEPLP) ölkədə qalan 80 Rusiya telekanalının yayımını qadağan edib.

Manşet.az xəbər verir ki, bu barədə “Delfi” agentliyi məlumat yayıb. Bildirilir ki, bu qərar iyunun 9-da qüvvəyə minir və Rusiya Federasiyası müharibəni dayandırıb Krımı Ukraynaya qaytarana qədər qüvvədə qalacaq.

Qadağan edilən kanallar arasında "Kino24", "Mir TV", "Oxota i rıbalka”, “Perets” kanalları da var.  

Xatırladaq ki, bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketi çərçivəsində Rusiya kanallarını – “Rossiya24”, “İnternational” televiziya mərkəzi, “RTR Planeta”nı Aİ ərazisində kabel, peyk və internet yayımlarından ayıracaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az