İtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

22:14 - 06 İyun 2022

İtaliyanın Ankaradakı səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

İtaliyanın Ankaradakı səfiri Corcio Marrapodi Romada keçirilən PKK nümayişi ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Manşet.az xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfirə Türkiyə tərəfinin hadisə ilə bağlı narazılığı çatdırılıb.

Görüşdə həmçinin PKK təbliğatının ictimai sahəyə sıçraması, QHT adı altında fəaliyyət göstərməsi, terrorçuların liderinə İtaliya bələdiyyələri tərəfindən fəxri vətəndaşlıq verilməsindən yaranan narahatlıq ifadə edilib.

Bundan əlavə, terror təşkilatı və onun havadarlarının bu cür əməllərinin qarşısının alınması tələbləri təkrarlanıb, İtaliya hökumətinin terrorla mübarizədə məsuliyyəti vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az