“Ukrayna Aİ-yə üzvlüyün alternativlərini düşünmür”

23:03 - 06 İyun 2022

“Ukrayna Aİ-yə üzvlüyün alternativlərini düşünmür”

“Ukrayna hələlik Avropa İttifaqına üzv olmaq üçün heç bir alternativliyi nəzərdən keçirmir. Böyük Britaniya ilə müdafiə alyansına dair razılaşmalar təhlükəsizlik məqsədilə həyata keçirilən tədbirlərdir”.

Manşet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.

“Bizim Avropa İttifaqına üzvlüyümüzə alternativ yoxdur. Bunu bizə heç kim təklif etməyib və təklif edilsəydi, razılaşmazdıq”, - deyə Zelenski əlavə edib.

Ukrayna Prezidenti qeyd edib ki, Britaniya ilə müdafiə alyansı haqqında razılaşma Ukraynanın təhlükəsizliyinə zəmanət verən addımlardan biridir, amma Avropa İttifaqına alternativ deyil.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az