İŞİD-in sözçüsü və maliyyə əməliyyatlarının kuratoru öldürüldü - FOTO

14:50 - 07 İyun 2022

İŞİD-in sözçüsü və maliyyə əməliyyatlarının kuratoru öldürüldü - FOTO

İŞİD-in Şərqi Asiya hücrəsinin sözçüsü Əbdülfəttah Ömər Alimuden Filippinin Maquindanao bölgəsində keçirilən əməliyyat zamanı məhv edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Qərbi Mindanao Mərkəzi Komandanlığından bildirilib.

Məlumata görə, Əbu Huzeyfə kimi tanınan terrorçunun məhv edilməsində 60-cı piyada briqadası, 40-cı piyada batalyonunun bölmələri və kəşfiyyat bölmələri iştirak edib.

Məhv edilmiş Huzeyfa təkcə terror təşkilatının sözçüsü deyil, həm də onun maliyyə əməliyyatlarının kuratoru olub. O, “Daula İslamia-Filippin”in terrorçuları ilə İŞİD arasında əlaqələndirici idi.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az