Rusiya PUA-ların istehsalına hazırlaşır

20:42 - 07 İyun 2022

Rusiya PUA-ların istehsalına hazırlaşır

Rusiya Federasiyasında Hərbi Dəniz Qüvvələrinin gəmilərini təchiz etmək üçün pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına 2026-cı ildə başlanacaq.

Manşet.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın hərbi sənaye kompleksindəki mənbə bildirib.

Onun sözlərinə görə, hücum və kəşfiyyat məqsədilə istehsalı nəzərdə tutulan pilotsuz təyyarələrinin ilkin dizaynına bu ilin ikinci yarısında başlanacaq. Ümumilikdə, layihənin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Mənbə, həmçinin 2025-ci ildə işçi layihə sənədlərinin veriləcəyini və cihazların istehsalına hazırlıq işlərinə başlanılacağını qeyd edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az