Kadırov Putinə səsləndi – AĞLASIĞMAZ məsləhət verdi

15:00 - 08 İyun 2022

Kadırov Putinə səsləndi – AĞLASIĞMAZ məsləhət verdi

Çeçenistan lideri Ramazan Kadırov bu dəfə Putinə müraciət edib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kadırov Putinə səslənərək, “Mənə qalsa, bütün Avropa dövlətlərini işğal edərdim” deyib.

O, Rusiyanın işğalını “xalqın rifahı və xoşbəxtliyi uğrunda müharibə” kimi qiymətləndirib və Ukrayna prezidenti Volodimir Zelesnkini təslim olmağa çağırıb.

Yayımladığı videoda Kadırov əslində NATO-ya qarşı vuruşduqlarını və bunun onlar üçün “zövq” olduğunu vurğulayıb. 

Həmçinin Qərbin Rusiyaya qarşı sanksiyaları geri götürəcəyini və Putindən üzr istəməli olacağını iddia edib.

“Rusiya arxamızdadır. Biz birlikdə çox güclüyük. Biz təkcə Ukraynanı deyil, bütün Avropanı məğlub edəcək qədər güclüyük və bunu edəcəyik. Məndən asılı olsaydı, hazırda tamamilə dəyərsiz olan bütün Avropa dövlətlərini ələ keçirərdim”.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az