İrəvanda Lavrovun təyyarəsinin endiyi aeroportda bomba həyəcanı - Video+Yenilənib

18:19 - 08 İyun 2022

İrəvanda Lavrovun təyyarəsinin endiyi aeroportda bomba həyəcanı - Video+Yenilənib

Ermənistanın Fövqəladə Hallar Nazirliyinə paytaxt İrəvanın “Zvarnots” hava limanına bomba qoyulması ilə bağlı məlumat daxil olub.

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda hadisə yerinə nazirliyin müvafiq bölmələrinin əməkdaşları cəlb olunub.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi bir qədər əvvəl “Zvarnots” hava limanına enib. Erməni teleqram kanallarında yayılan videolardan görünür ki, Lavrovun korteji artıq hava limanının ərazisini tərk edib.

***

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, İrəvanın “Zvartnots” hava limanına bomba qoyulması barədə siqnalın yalan olduğu üzə çıxıb.

Manşet.az xəbər verir ki, Hadisə yerinə xilasedicilər, kinoloji qrup, psixoloq və mülki müdafiə qüvvələri gəlib.

Hava limanının ərazisinə baxış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az