“Şarl de Qoll” hava limanı iyunun 9-na olan uçuşların bir hissəsini ləğv etdi

19:59 - 08 İyun 2022

“Şarl de Qoll” hava limanı iyunun 9-na olan uçuşların bir hissəsini ləğv etdi

Parisin “Şarl de Qoll” hava limanı işçi heyətinin tətili səbəbindən iyunun 9-u saat 07-dən 14-dək olan uçuşların təxminən dördə birini ləğv edib.

Manşet.az“Report”a istinadən xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Tətilçilər əmək haqlarının artırılmasını tələb edirlər. Hava limanı əməkdaşlarının daxil olduğu 7 Həmkarlar İttifaqı əmək haqlarının təxminən aylıq 300 avro artırılmasını tələb edir.

Tətil səbəbindən “Air France” aviaşirkəti yaxın və orta məsafəli 85 reysini ləğv edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az