Türkiyə ordusu Suriyada 3 terrorçunu zərərsizləşdirdi

23:36 - 08 İyun 2022

Türkiyə ordusu Suriyada 3 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 3 YPG (PKK terror təşkilatının Suriya qolu) terrorçusunu zərərsizləşdirib.

Manşet.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, zərərsizləşdirilmiş terrorçular Türkiyə Silahlı Qüvvələrinin "Sülh çeşməsi" antiterror əməliyyatı zonasına silahlı hücum hazırlayırmışlar.

Bildirilir ki, əməliyyat artilleriya atəşi dəstəyi ilə həyata keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az