Türkiyədə 9 aydır hamilə olduğu görüntüsünü yaradan və yeni ana olduğunu açıqlayan “TikTok” fenomeni, trans Mükremin Gezgin müzakirələrə səbəb olub.
Manset.az xəbər verir ki, onun qucağında körpə ilə fotosu birmənalı qarşılanmayıb. Bir çox məşhur Mükremin Gezgini tənqid atəşinə tutub.
Tanınmış aktrisa Bergüzar Korel instaqram səhifəsində fenomenin ünvanına bunları yazıb: “Ötən gün bu paylaşımı gördüm və ilk düşündüyüm bu əl boyda körpə oldu. Biz öz uşağımızı öpməyə qıymadığımız halda yenidoğulmuşun zarafat üçün istifadə olunmağına necə icazə verilir? Buna gülən, səhifəsində paylaşan hesablara da ayıb olsun. Hamınız layk və izləyici dəlisi olmusunuz. Həqiqətən də yetər!”
Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan isə “dinimizdə müqəddəs sayılan ana və ailə anlayışına alçaq şəkildə dil uzadan LGBT-li manyakları və onlara göz yumanları şiddətlə qınayırıq”, - deyə tviterdə yazıb.
Tanınmış jurnalist Arman Ayşe də məsələyə səssiz qalmayıb: “Daha çox layk ala bilmək və izləyici qazanmaq üçün boşboğazlığın həddi kifayət qədər keçdi. Səviyyə artıq yerlərdə”.



