Severodonetskdə son vəziyyət: Rusiya ordusu şəhəri tamamilə məhv etmək istəyir - FOTO

13:51 - 10 İyun 2022

Severodonetskdə son vəziyyət: Rusiya ordusu şəhəri tamamilə məhv etmək istəyir - FOTO

“Severodonetsk davam gətirir, lakin Rusiya Ordusu qarşılarına çıxan hər şeyi məhv edir”.

Manşet.az xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının sədri Serqey Qayday məlumat verib.

“Onlar səkkiz ildir ki, Luqanskda heç nə tikmirlər, Popasna və Rubijnedə suyu və ya işığı bərpa etməyə belə cəhd etmirlər, sadəcə onu məhv edirlər. “Rusiya sülhü” səhradır. Düşmən bu məqsədinə çatmağa çalışır. “Buz sarayı” (Severodonetskin simvollarından biri - red.) və ya “Azot”da ammonyak istehsalı sexi kimə mane olurdu? Minlərlə insanın iş ümidini öldürdülər”, - deyə o, bildirib.

O, həmçinin qeyd edib ki, Severodonetskdə döyüşlər davam edir.

“Rusiya ordusu Nırkove və Nikolayevka istiqamətində hücum əməliyyatları keçirməyə cəhd edib. Ukrayna əsgərləri onları atəşə tutub - işğalçılar itkilərlə geri çəkilib”, - deyə Qayday bildirib.

Luqansk rəhbərinin sözlərinə görə, düşmən ordusunun hücumu zamanı bir sıra yaşayış binaları və fərdi evlər tam və ya qismən dağılıb. Son 24 saat ərzində Rusiya Ordusunun yeddi hücumu dəf edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az