“ABŞ Əfqanıstanın bərpası ilə bağlı öhdəlikləri üzərinə götürməlidir” - Putin

22:31 - 10 İyun 2022

“ABŞ Əfqanıstanın bərpası ilə bağlı öhdəlikləri üzərinə götürməlidir” - Putin

Rusiya Prezidenti Vladimir Putin ABŞ və müttəfiqlərinin Əfqanıstanın bərpasında maliyyə öhdəliklərini öz üzərinə götürməli olduqlarını deyib.

Manşet.az xəbər verir ki, Putin bu haqda  Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ilə Kreml sarayında görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

Berdiməhəmmədovla görüşdə Əfqanıstandakı vəziyyəti də müzakirə edən Putin bu ölkədə sabitlik və təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib:

“Bizim qəti ortaq fikrimizə görə, ABŞ və müttəfiqləri Əfqanıstanın yenidən qurulması, əsas da maliyyə öhdəliklərini üzərilərinə götürməlidirlər. Onların 20 illik mövcudluğu ölkəni kritik həddə çatdırdı”.

Putin Moskva formatı üzrə məsləhətləşmələr çərçivəsində Əfqanıstan məsələsi üzərində işi davam etdirməyə hazır olduqlarına diqqət çəkib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az