İçərisində 4 türk olan helikopter İtaliyada YOXA ÇIXDI

23:28 - 10 İyun 2022

İçərisində 4 türk olan helikopter İtaliyada YOXA ÇIXDI

İtaliyada içərisində 7 nəfər olan helikopter radarlardan itib.

Manşet.az  bildirir ki, Lucca şəhərindən havaya qalxan helikopter ilə Modena səmalarında əlaqə kəsilib. Məlumata görə, salonda 3 italyandan başqa 4 Türkiyə vətəndaşı da var.

Onların Lucca şəhərindən Treviso şəhərinə təmizlik kağızı istehsal edən şirkətin açılışına getdikləri qeyd olunur.

Hazırda axtarış tədbirlərinə İtaliya və Türkiyənin Daxili İşlər Nazirlikləri cəlb olunublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az