Ərdoğanın kortejini saxladıb toya dəvət etdilər - FOTOLAR

09:45 - 11 İyun 2022

Ərdoğanın kortejini saxladıb toya dəvət etdilər - FOTOLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti Kandilli Elm, Texnologiya və Araşdırma Binasının Açılış Proqramında iştirak etmək üçün bu gün səhər saat 11:00 radələrində Kısıklıdakı iqamətgahından Boğaziçi Universiteti Kandilli Kampusuna yola düşüb. Bir müddət sonra kortej Küplüce səmtindəki Tomruk küçəsində dayanıb.

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, küçədə yeməkxana sahibi olan Saime və Adnan Yığcı cütlüyü Ərdoğanın kortejini saxladıb.

Bir müddət söhbət etdikdən sonra onlar Ərdoğanı ayın 26-da oğullarının toyuna dəvət ediblər.

“Yaxşı ki, korteji dayandırdım. Oğlumun bu ayın 26-da toyu olacaq. Onu toya dəvət etdim, dəvətnamə verdim. Bizi görəndə dayandı, söhbətləşdik, onu çox sevirəm. Ona telefonumu da yazdım, məmnuniyyətlə götürdü”, - Saime Yığcı deyib.

“Hər zaman dayanır. Bəzən əlimizi qaldırsaq belə dayanır, bəzən öz-özünə dayanır. Problemlərimizi də dinləyir. Toy dəvətnaməmizi də verdik”, - Adnan Yığcı əlavə edib.

Daha sonra Adnan Yığcı jurnalistlərə illər əvvəl Prezident Ərdoğanla çəkdirdiyi şəkli göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az