“Rusiya hərbçilərinin qətlə yetirdiyi uşaqların sayı artıb” - Ukrayna Baş Prokurorluğu

16:00 - 11 İyun 2022

“Rusiya hərbçilərinin qətlə yetirdiyi uşaqların sayı artıb” - Ukrayna Baş Prokurorluğu

Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 287 uşaq həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd edilir ki, 779-dan çox uşaq bu səbəbdən zərər çəkib, 492-si yaralanıb.

Bu rəqəmlərin yekun olmadığı vurğulanır.

Zərər çəkən uşaqlara ən çox Donetsk vilayətində - 217 nəfər, Xarkovda - 132 nəfər, Kiyevdə - 116 nəfər rast gəlinib.

Prokurorlar bildirirlər ki, cinayət əməllərinin araşdırılması zamanı Donetsk vilayətinin Mariupol şəhərində Rusiya hərbçilərinin atəşi nəticəsində daha 24 uşağın öldüyü məlum olub.

Həmçinin müəyyən edilib ki, aprelin 9-da Donetsk vilayətinin Rayqorodok qəsəbəsinin işğalçılarının atəşə tutması nəticəsində 17 yaşlı qız da yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az