İtaliyada türkiyəli iş adamlarının qəzaya düşdüyü helikopterin qalıqları TAPILDI

19:03 - 11 İyun 2022

İtaliyada türkiyəli iş adamlarının qəzaya düşdüyü helikopterin qalıqları TAPILDI

İtaliyanın Luka şəhərindən havaya qalxdıqdan sonra radarlardan itən helikopterin axtarışları səhər saatlarından yenidən davam etdirilib. Onun düşdüyü yer nəhayət müəyyən olunub.

Manşet.az oxu.az-a istinadla xəbər verir ki, dördü türkiyəli olmaqla yeddi sərnişinin olduğu helikopterin qalıqları, eləcə də beş nəfərin cəsədi aşkarlanıb.

Xatırladaq ki, helikopter Treviso şəhərinə doğru hərəkət edərkən dağlıq, meşəlik ərazidə pis hava şəraitinə məruz qaldıqdan sonra radardan itib.

Helikopterdə yeddi nəfər, o cümlədən kağız texnologiyaları sərgisində iştirak edən Əczaçıbaşı İstehlak Məhsulları firmasında çalışan türkiyəli dörd iş adamı olub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az