Keçmiş deputat Moskvada ölü TAPILDI

23:44 - 11 İyun 2022

Keçmiş deputat Moskvada ölü TAPILDI

Mərhum sədr Jirinovskinin (LDPR) partiyasından olan Rusiya Dövlət Dumasının keçmiş deputatı Yuri Mamonov Moskvada ölü tapılıb. 

Manşet.az sfera.az-a istinadən xəbər verir ki, meyit Sadovaya-Kudrinskaya küçəsindəki evlərdən birinin mənzilində tapılıb.

Ehtimal olunur ki, 64 yaşlı sabiq deputatın ölümünə səbəb ürək çatışmazlığıdır. 

Hazırda Mamonovun hansı şəraitdə ölümünün rəsmi təfərrüatları açıqlanmır.

Rusiya parlamentinin keçmiş deputatının cəsədində zorakı ölüm izlərinin qeydə alınıb-alınmadığı barədə də məlumat yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az