Türkmənistanda beynəlxalq uçuşlar bərpa olunacaq

18:03 - 12 İyun 2022

Türkmənistanda beynəlxalq uçuşlar bərpa olunacaq

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov yaxın vaxtlarda beynəlxalq uçuşların bərpası barədə göstəriş verib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Prezident Berdiməhəmmədov Nazirlər Kabinetinin onlayn iclasında danışıb.

O, dünyada Covid-19 hadisələrinin normallaşdığını və bir çox ölkədə beynəlxalq səfərlər edildiyini bildirib.

Qeyd edək ki, iyunun 1-dən Türkmənistan həftədə bir dəfə Aşqabad-Dubay və Aşqabad-Kazan istiqamətlərinə müntəzəm uçuşlar həyata keçirməyə başlayıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az