Böyük Britaniya kraliçası II Elizabet ən uzun müddət hakimiyyətdə olan ikinci monarx olacaq.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, taxtda oturmasının 70-ci ilini qeyd edən kraliça 2016-cı ildə, 88 yaşında vəfat edən Tailand kralı Phumipon Adulyadeti geridə qoyub.
Qeyd edək ki, dünyada ən uzun müddət hakimiyyətdə olan Fransa kralı XIV Lüdovikdir. Təxminən 72 il padşahlıq edən Fransa kralı Lui 1643-cü ildən 1715-ci ilə qədər hakimiyyətdə olub.