Ukrayna taxıl ixracı üçün bu ölkələr vasitəsilə marşrutlar yaratdı

19:38 - 12 İyun 2022

Ukrayna taxıl ixracı üçün bu ölkələr vasitəsilə marşrutlar yaratdı

Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən iki marşrut yaradıb.

 

Manset.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, Ukrayna Baltikyanı ölkələrlə ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı danışıqlar aparır.

"Bu marşrutları inkişaf etdirmək üçün əlimizdən gələni edirik", - o, bildirib.

Senik qeyd edib ki, Ukrayna ərazisində ixrac üçün 30 milyon tona qədər taxıl saxlanılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az