Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma halı qeydə alındı

13:53 - 13 İyun 2022

Daha bir ölkədə meymunçiçəyinə ilk yoluxma halı qeydə alındı

Venesuelalı həkimlər ölkədə meymunçiçəyinə ilk yoluxma halını müəyyən ediblər.

 

Manste.az xəbər verir ki, bu barədə Venesuelanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Virusa yoluxan şəxs Venesuelaya səfərə gələn ispaniyalı turistdir.

Məlum olub ki, ölkəyə İspaniyanın paytaxtı Madriddən gələn xəstə Barselonada iki yoluxmuş şəxslə təmasda olub.

O, dərhal təcrid olunub, müvafiq analizlər aparılıb və nəticə müsbət olub.

Xəstənin vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Polşada da bu virusa ilk yoluxma faktı aşkarlanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az