Ermənistanın Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan istefa verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı T.Revazyan öz feysbuk hesabında paylaşıb.
O, bu vəzifədə 4 il çalışıb.
Bununla belə, Revazyan istefasının səbəbini açıqlamayıb.