Ukraynalı hərbçilərin mövqelərini Rusiyaya ötürən agent ələ keçdi - FOTO/VİDEO

17:18 - 13 İyun 2022

Ukraynalı hərbçilərin mövqelərini Rusiyaya ötürən agent ələ keçdi - FOTO/VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti Xarkov vilayətində ukraynalı hərbçilərin mövqelərini düşmənə ötürən rus agentini saxlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Agentin Xarkov ətrafında saxlanıldığı bildirilir. Xainin internet vasitəsilə işə götürülən yerli sakin olduğu ortaya çıxıb.

Rusiya Federasiyasından olan kuratorunun göstərişi ilə həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və regiondakı digər hərbi birləşmələrin rayon ərazisində yerləşdiyi yerləri qeydə alıb. Digər məsələlərlə yanaşı, düşməni nəzarət-buraxılış məntəqələrinin və hərbi istehkamların koordinatları maraqlandırıb.

Bildirilir ki, UTX-nin xüsusi təyinatlıları vətən xainini növbəti tapşırığı yerinə yetirməyə gedərkən  saxlayıblar.

İndi xaini 12 ilə qədər həbs cəzası gözləyir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az